Hər uğurlu reklam kampaniyasının əsasında dəqiq analiz dayanır. Əməkdaşlığın ilk mərhələsində, brendinizi, məhsul və ya xidmətlərinizi, hədəf auditoriyanızı və fəaliyyət göstərdiyiniz sektoru dərindən analiz edirik. Məqsədimiz — sizin üçün ən doğru platformaları, mesajları və performansa yönəlik strategiyanı formalaşdırmaqdır. Bu mərhələdə bazar araşdırması, rəqib analizi və satış məqsədlərinizə uyğun rəqəmsal yol xəritəsi hazırlanır.
Strateji təməllər üzərində ilkin test reklamları hazırlanır və yerləşdirilir. Bu mərhələ, Meta (Facebook & Instagram), Google Ads və TikTok kimi platformalarda müxtəlif vizual və mətn kombinasiyalarını sınayaraq, istifadəçi davranışları və performans göstəriciləri əsasında real datalar toplamağa imkan verir. Test nəticələri bizə daha effektiv reklam formatlarını və ən güclü konversiya nöqtələrini müəyyənləşdirməyə kömək edir.
Analiz və test mərhələlərindən əldə etdiyimiz məlumatlara əsaslanaraq, uğurlu reklam modellərini genişləndirir və optimallaşdırılmış kampaniyalar qururuq. Məqsədimiz təkcə nəticə əldə etmək deyil, bu nəticələri davamlı şəkildə qoruyub saxlamaqdır. Performans indikatorları daimi izlənilir, A/B testləri ilə yenilənir və reklam büdcəniz maksimum effektivliklə idarə olunur.
Komandamız, brendinizi, məhsul və ya xidmətlərinizi, hədəf auditoriyanızı və fəaliyyət göstərdiyiniz sektoru dərindən analiz edir.
Məqsədimiz — sizin üçün ən doğru platformaları, mesajları və performansa yönəlik strategiyanı formalaşdırmaqdır.